Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib.

Unikal.org-un  məlumatına görə, "Qəbələ" turun mərkəzi qarşılaşmasında "Qarabağ"la üz-üzə gəlib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 8-ci dəqiqədə Asif Məmmədov vurub.

Bu qələbə sayəsində "Qəbələ" "Qarabağ"la xallarını bərabərləşdirib və ikinci pilləyə yüksəlib. Mövsüm ərzindəki oyunların top fərqində daha üstün olduğundan, "Qarabağ" ilk pillədə qalıb. Üstəlik, Ağdam komandasının ehtiyatda "Səbail"lə oyunu var.

Qeyd edək ki, IX turun oyunlarından sonra Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz komanda qalmayıb. "Qarabağ"dan əlavə, "Zirə" də turu məğlubiyyətlə başa vurub. Ayxan Abbasovun baş məşqçi olduğu komanda ötən gün "Sumqayıt"a uduzub - 1:2.

Topaz Premyer Liqası, IX tur

18:30. "Qarabağ" - "Qəbələ" - 1:0

Qol: Asif Məmmədov, 8 (1:0)