Uruqvay çempionatının 4 qarşılaşması təxirə salınıb.
Unikal.org xəbər verir ki, buna səbəb futbolçuların tətil etməsi olub. Futbolçular federasiyanı onların imicindən istifadə etməkdə ittiham edirlər.
500 futbolçu buna görə federasiyaya məktub yazmışdı. Məktubda deyilirdi:
"Buna son qoyun. Bizim şəxsimizə aid olan hüquqlardan yararlanmağı dərhal dayandırmağı tələb edirik.
Futbolçular oktyabrın 20-də federasiya rəhbərliyi ilə görüşsə də, nəticə əldə olunmamışdı.
Sentyabr ayında Uruqvayda hakimlər də tətil etmişdilər. Onlar stadionlarda zorakılıq hallarının artmasından narazı idilər.