Xəbər verdiyimiz ki, Valentin Demyanenko (2005-2016) və İnna Osipenko-Radomskaya (2014-2016) Rio Olimpiya Oyunlarından sonra karyerasını bitirməklə, avarçəkmə millimizdə böyük boşluq yaranmışdı.
Bir neçə gün öncə Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasov unikal.org-a açıqlamasında bu boşluğu doldurmaq üçün yeni idmançılarla danışıqlar getdiyini bildirib.
Danışıqların nəticəsi ilə maraqlanmaq üçün yenidən AMAF-la əlaqə saxladıq.
Unikal.org-a açıqlama verən qurumun texniki direktoru Leyla Əliyeva Natiq Abbasovun yalanını ortaya çıxarıb:
"Milliyə heç bir idmançı gətiriliməyib. Bununla bağlı hələlik danışıqlar da getmir. Mən bilmirəm kim gəlməliydi. Əgər yeni idmaçı gətirilsəydi xəbərim olardı.
Aygün İlqarqızı