Beynəlxalq Antidopinq Federasiyası (WADA) 10 mindən artıq çinli idmançının qadağan olunmuş dərmanlar qəbul etməsiylə bağlı iddialara görə araşdırmaya başlayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, WADA Almaniyanın ARD telekanalında yayımlanan bir verilişdəki iddialara görə araşdırma aparmaq qərarına gəlib. Verilişdə 1980-1990-cı illərdə Çində sistemli şəkildə dopinq hazırlandığı iddia olunub. Həmin dövrdə Çinin olimpiya komandasında həkim kimi çalışan Xue Yin Xianın idmançılara qadağan olunmuş dərmanlar verdiyi bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya ilə bağlı da dopinq ittihamları olmuş, geniş araşdırma aparılmışdı. Nəticədə Rusiya böyük cəzalar almışdı.