Qırğız Respublikası parlamentinin sədri Çınıbay Tursunbekov vəzifəsindən istefa verib.
Unikal.org Qırğız KİV-inə istinadən xəbər verir ki, o, bunu parlamentin oktyabrın 25-də keçirilən iclasında elan edib.
"Mənim bütün fəaliyyətim qanunvericilik prinsiplərinə əsaslanıb. Prezident seçkisi zamanı yaranmış siyasi hərarəti aşağı salmaq üçün istefa verməliyəm, - deyə Ç.Tursunbekov vurğulayıb.
Qeyd edək ki, oktyabrın 15-də Qırğız Respublikasında keçirilən prezident seçkisində hakim partiyanın namizədi, keçmiş baş nazir Sooronbay Jeenbekov qalib gəlib.