Polşa prezidenti Karol Navrocki respublikanın baş naziri Donald Tuski 1989-cu ildən bəri ən pis hökumət başçısı adlandırıb.

"Unikal" xəbər verir ki, yeni lider bu barədə "TV Trwam"a müsahibəsində deyib. 

"O, 1989-cu ildən bəri Polşada ən pis baş nazirdir. Demokratik sistem prezident və baş nazirin polyaklar üçün faydalı olan məsələlərdə bir-biri ilə əməkdaşlıq etməsini tələb edir", - Navrocki izah edib. 

Qeyd edək ki,  Polşanın seçilmiş prezidenti Karol Navroçkinin andiçmə mərasimi avqustun 6-na təyin edilib.