Kamçatka ərazisində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.

Xidmətin məlumatına görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 165 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 34 km dərinlikdə yerləşib.

Bundan əvvəl xidmətin "Telegram" kanalı Kamçatkada 45 dəqiqə ərzində 5 zəlzələnin baş verdiyini bildirmişdi.