Yol-nəqliyyat hadisəsi səbəbilə ötən gün saat 18:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 8 nəfər (2 qadın cinsli, 6 kişi cinsli) hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
Sumqayıtda sərnişin avtobusu qəzaya düşüb.
"Unikal" xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.
Aqil Əmirovun idarə etdiyi "İsuzu" markalı avtobus idarəetmədən çıxaraq yolun ortasındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alanlar olub. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.