Müharibə geniş ölçüdə davam edir, heç bir atəşkəsdən bəhs etmək olmaz.
Ukraynanın Donbas regionunda hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında ölümlə nəticələnən atışmalar qeydə alınıb.
Unikal.org-un anspress-ə istinadən məlumatına görə, Adviivka cəbhəsində bir əsgər öldürülüb. Məlumata görə, qarşı tərəf əsgərlərin olduğu bölgəni intensiv atəşə tutub. Atışma zamanı mülki yaşayış məntəqələri də hədəfə alınıb.
Ukrayna ordusunun əsgərləri deyir ki, müharibə geniş ölçüdə davam edir, heç bir atəşkəsdən bəhs etmək olmaz
"Düşünürəm ki, müharibəyə çoxdan son qoymaq olardı. Lakin, görünür, müəyyən yerlərdə "qaynar nöqtələr" saxlamaq üçün kimlərsə vuruşmaq, oğurlamaq və aradan çıxmaq istəyir. Onların nəyəsə nail olacağına isə inanmıram. Onların hamısını tapacağıq. Onlara görə çoxlu sayda insanlarımız ölüb", - Ukrayna əsgəri deyib.
Hərbiçilər döyüşlər zamanı bir mülki şəxsin də öldüyünü, bir nəfərin yaralandığını bildiriblər.
Müşahidəçilər qeyd edirlər ki, cəbhədə döyüşlər getsə də, Ukrayna hökuməti bunu gizlədir. Əsgərlər ölkə siyasətçilərinin vəziyyətlə əlaqədar tədbir görməmisinə qarşı qəzəblərini ifadə edirlər.
Ukraynanın Donbas regionunda artıq 2 ildir ki, döyüşlər gedir.
Hökumətlə üsyançılar arasında atəşkəs razılaşması əldə olunsa da, bəzi mənbələr cəbhədə tez-tez partlayış səslərinin eşdildiyini qeyd edirlər.