Futbol tarixinin ən böyük cəriməsi ilə cəzalanan klubun adı açıqlanıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin KPR klubu 40 milyon funt məbləğində cərimə edilib. Klub maliyyə feyr-pleyini pozduğuna görə sanksiyaya məruz qalıb.

Komanda 2013/2014 mövsümünü daha böyük kəsrlə başa vurub. Klubun borcu 60 milyon funt olub. Rəhbərlik bu kəsri kreditlərlə ört-basdır etməyə cəhd göstərib.

KPR-in icraçı direktoru Li Xoos bildirib ki, qərardan apellyasiya şikayəti edəcəklər.