Antalyada Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə "Dünyanın ən lüks oteli" seçilən "Mardan Palace" otelinə aid "Mardan" stadionu Sosial Müdafiə Fonduna (SGK) olan borclara görə satışa çıxarılıb.
Unikal.org Türkiyə mətbuata istinadənxəbər verir ki, stadionun da yerləşdiyi 74 min 13 kv metr ərazidəki idman kompleksinə 101 milyon TL qiymət qoyulub.
Satışa çıxarılan idman kompleksində 4 tribunalı 1 futbol meydançası, tək tribunalı 1 futbol meydançası və 2 məşq meydançası yerləşir. Bir müddətdir rezervləri qəbul etməyən otelin daşınmaz əmlakının satışı üçün keçiriləcək hərrac noyabrın 7-də Muradpaşa Sosial Müdafiə Fondunun binasında keçiriləcək.
Xatırladaq ki, sentyabr ayında tur şirkətlərindən biri borclar səbəbindən "Mardan Palacea vəkilləri Ferda Perihan Savaşcı və Özgür Savaşcını göndərib. Həmin vaxt Telman İsmayılovun məkanı 465 min lirə borc qarşılığında müsadirə edilib. Hətta oğlu Sərxan İsmayılova məxsus 2 milyon lirə dəyəri olan avtomobilə də əl qoyulub.