Azərbaycanda Sim-katların onlayn-satış vaxtı açıqlandı.

Unikal.org xəbər verir ki, Trend-ə İT bazarındakı mənbədən verilən məlumata görə, mobil operatorların Sim-kartlanın onlayn-satış sistemi Azərbaycanda bu ilin ortalarında istifadəyə veriləcək. Bu, "elektron hökümət" portalı vasitəsilə mümkün olacaq.

Mənbə bildirib: "Layihənin texniki detalları iki operatorla razılaşdırılıb, indi üçüncü operatorla məsələni həll etmək qalıb. Sim-kartların onlayn-satış sistemi üzrə işlər artıq aktivləşdirilib, mayda sistemin mümkün olacağı nəzərdə tutulur".

Sim-kartların elektron formada satışı ölkənin bütün mobil operatorları vasitəsilə həyata keçiriləcək.