Kiyevdə baş verən partlayış nəticəsində Ali Radanın deputatı, "Radikal partiyasının təmsilçisi İqor Mosiyçuk yaralanıb.

Unikal.org-un məlumatına görə, bu barədə "112 Ukrayna telekanalına deputatın mətbuat katibi Anna Senik bildirib.
Onun sözlərinə görə, İqor Mosiyçuk "Espresso telekanalının binasından çıxdığı zaman yolun kənarında avtomobil partlayıb. Hadisə nəticəsində yaralanan deputat xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti barədə hələ ki, məlumat verilmir.