126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə "Unikal"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, iyunun 24-ü saat 09:00-dan 26 iyun saat 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron-Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

"Məhdudiyyət səbəbindən 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Abşeron-Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə təşkil ediləcək", - deyə o qeyd edib.