Argentina millisi Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirmək üçün bu ölkənin futbol federasiyasından 1 milyon dollar istəyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Argentina Futbol Federasiyasının bu ilin noyabrında Ukrayna millisi ilə yoldaşlıq oyunu keçirmək üçün keçmiş sovet ölkəsindən 1 milyon avro tələb edib. Cənubi Amerika təmsilçisi noyabrın 11-də Moskvada Rusiya millisi ilə, noyabrın 14-də isə Krasnodarda Nigeriya yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, bir müddət öncə Argentina millisinin Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirmək üçün AFFA-dan 2 milyon dollar istəməsi barədə məlumat yayılmışdı.