İstanbulda yanğın hadisəsi baş verib. Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 52 mərtəbəli göydələnin 15-ci mərtəbəsi alovlanıb.

Məlumata bildirilir ki, hadisə yerinə yanğınsöndürən və xilasedicilər gəlib, binadan insanların təxliyyəsinə başlanılıb.

Hələlik yanğının baş vermə səbəbləri haqqında məlumat verilməyib.