Rəfiqəsindən şübhələnən qadın onu sınamaq qərarına gəlib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kelsi adlı qadın güvənmədiyi rəfiqəsini sınamaq üçün sevgilisi ilə birlikdə plan qurub.

Youtube kanalında yayımlanan görüntülərdə o güvənmədiyi rəfiqəsini sevgilisi ilə görüşdürür. O, Britney adlı rəfiqəsinin sevgilisi Samda gözü olduğundan şübhələnib. O plan qursa da qız gözləmədiyi bir hadisə ilə qarşılaşıb. Kelsey ikisini bir araya gətirib sevgilisinin rəfiqəsi ilə baş-başa qalmağına şərait yaradıb və kənardan onları izləyib.

Rəfiqəsi və sevgilisini gizli kamera ile uzaqdan izləyən Kelsey şübhələrində haqsız olmadığını görüb.
Rəfiqəsi Sama "Kaş ki, sənin kimi bir adam tapa bilsəydim, amma sən Kelsey ilə birlikdəsən" deyib. Sam isə "Ondan ayrılmağı planlaşdırıram. Əgər ayrılsam, mənimlə birlikdə olarsan" deyə müraciət edib.

Bu qısa dialoqdan sonra Sam sevgilisinin rəfiqəsi Britney ilə öpüşüb. Kelsey bu olaya çox təəccüblənib.

Kelsey ondan Britneylə niyə öpüşdüyünü soruşub və hətta iki dəfə ayaqlarına toxunduğunu xatırladıb. Sam isə belə cavab verib: "Bu, sənin səhvindir, bunu özün istədin".
Bu olaydan sonra cütlüyün münasibəti sona çatıb.