Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Çempionlar Liqasının ilk yarımfinal oyunun qarşılaşmasını türkiyəli hakim Cüneyit Çakır idarə edəcək. ANS PRESS-in məlumatına görə, "Mançster Siti" "Real Madrid" qarşıdurmasını türkiyəli hakimlər briqadası idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İngiltərədə keçiriləcək matçda Çakırın köməkçiləri Cem Satman və Tarın Ongün olacaq. Qarşıdurmanın dördüncü hakimi Sərkan Okundu. Hüseyin Göçek və Barış Şimşək isə ehtiyat hakimlərdi. "Mançester Siti" Real Madrid" qarşıdurması aprelin 26-da olacaq. Cüneyit Çakır sonuncu dəfə Avropa Liqasının ¼ final mərhələsinin "Liverpul" "Borussiya" Dortmund (4:3) oyunun baş hakimi olub.
Cüneyt Çakır köməkçiləri ilə birlikdə 6 sentyabr 2015-ci ildə Çempionlar Liqasının finalında "Barselona" "Yuventus" (2:1) matçını idarə edərək, bu turnirin finalında hakimlik edən ilk türk hakimi olub. Cüneyit Çakır Polşa və Ukraynada keçirilən 2012 Avropa Çempionatında vəzifə alan 12 hakimdən biri olub. Türkiyəli hakim Braziliyada keçirilən 2014 FİFA Dünya Kubokunda köməkçi hakimləri Bahəddin Duran və Tarıq Ongün ilə birlikdə kubokun hakimləri siyahısına salınıb.