Misir prezidenti Əbdül Fəttah əs-Sisi şənbə günü ölkənin Silahlı Qüvvələrinin yeni Qərargah rəisini təyin edib.

Unikal.org-un məlumatına görə, qeyd olunan vəzifəyə Məhəmməd Fərid Hiqazi təyin olunub. Əvəz olunan general-leytenant Mahmud Hiqazi isə strateji planlaşdırma və böhranların idarə olunması üzrə prezidentin müşaviri postunu tutacaq.

Qeyd edək ki, yeni SQ-in Qərargah rəisi öncə qurumun baş katibi və müdafiə nazirinin köməkçisi olub. O, prezidentin əmri ilə general-leytenant rütbəsinə qədər yüksəldilib.