Türkiyədə Aksaray - Konya avtomobil yolunun 8-ci kilometrində zəncirvari qəza baş verib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, qum fırtınası səbəbindən 20 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, daha 22 nəfər isə yaralanıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib. Yolda hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.