İraq hərbçiləri Əl-Qaim şəhəri ərazisində beş kəndi, dəmir yolu stansiyasını və elektrik stansiyasını İŞİD terrorçularından azad ediblər.

Unikal.org-un "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə ordu komandanlığının yaydığı məlumatda bildirilib.

"Ordu bölmələri və xalq könüllüləri Ən-Nazva, Ən-Nahiyyə, Əl-Amari, Ət-Təzaliyə və Rataca kəndlərini azad ediblər", - deyə məlumatda qeyd olunub.