Kataloniya polisinin rəhbəri Xosep Luis Trapero İspaniya hökuməti tərəfindən vəzifəsindən istefaya göndərilməsini qəbul edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, tabeçilyində olanlara ünvanladığı məktubda bildirib.

Keçmiş polis rəisini komissar Ferran Lopes əvəz edib.

Trapero məktbunda polislərə hökumətə tabe və yeni rəisinə sadiq olmağa çağırıb.

Kataloniya təhlükəsizlik orqanı normal iş rejimlərinə davam etdiklərini bildirib.