Terrorun qarşısı vaxtında alınıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda ticarət mərkəzlərinin birinin yaxınlığında şübhəli avtomobil tapılıb. Partlayıcı maddələrlə dolu olan avtomobilin içərisində 4 terrorçu da olub.

Avtomobil partlayıcı maddə mütəxəssisləri tərəfindən partladılıb. Bu zaman bir nəfər yaralanıb. 2-si qadın olan terrorçular nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.