Tikintidə kütləvi zəhərlənmə qeydə alınıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Elazığ vilayətində şəhər xəstəxanasının tikintisi zamanı zəhərlənmə hadisəsi baş verib və 40 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, işçilərin vəziyyəti nahardan sonra pisləşib. Zəhərlənənlərin vəziyyətinin stabil olduğu deyilib.