Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Şahin Tin avtomobil qəzasına düşüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Dənizli-İzmir yolunda baş verib.
Hadisə zamanı o avtomobildə tək olmayıb. Şahin Tinin AKP-nin Dənizli təşkilatının sədri Necib Filiz, keçmiş deputat Mehmet Yuksel və daha 8 nəfər olub.
Avtomobildə olan şəxslər ağır yaralanıblar. Hadisə yerinə təcili tibbi yardım gəlib. Yaralılar dərhal xəstəxanaya qaldırılıb.