Türkiyədə qəribə hadisə baş verib. Ayaqqabı təmiricisi 45 yaşlı Ali Osmanın xeyirxahlığı başına bəla olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı adam yaxın dostuna yaxşılıq etmək üçün bir neçə günlük evində qalmağa icazə verib. 

O, iki gün sonra işdən evə qayıtdan zaman arvad, uşaq və qonağın evdə olmadığını görüb. Baş verənlərdən heyrətlənən kişi arvadının axtarışına başlayıb. Daha sonra həyat yoldaşının yaxın dostu ilə İstanbula qaçdığını öyrənib. Çarəsiz qalan kişi boşanmaq üçün məhkəməyə müraciət edib və  uşaqlarını öz himayəsi altına götürmək istədiyini bildirib.