Türkiyə hüquq-mühafizə orqanları İŞİD-ə qarşı əməliyyatları davam etdirir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul, Ankara, İzmir daxil olmaqla daha 8 böyük şəhərdə əməliyyatlar keçirilir.
Hüquq- mühavizə orqanları aralarında çox sayda əcnəbinin olduğu 149 İŞİD-çini saxlayıb. Onların arasında 2 azərbaycanlı da var.
Ələ keçən 149 terrorçu ilə yanaşı, çox sayda silah-sursat və partlayıcılar aşkarlanıb. Əməliyyatlar davam etdirilir.