ABŞ-da ağıllı telefon və tabletləri qadağan edən qanun qüvvəyə minib.

Unikal.org "Qaynarinfoya istinadən xəbər verir ki, ABŞ-ın Havay adalarında yerləşən Honolulu şəhəri yolu keçərkən telefon və bu kimi bütün rəqəmsal cihazları qadağan edən qanun qəbul edən ilk şəhər statusu alıb.

İnsanların diqqətini dağıtması səbəbiylə yarana biləcək qəzaların, ölüm hallarının qarşısını almaq üçün iyul ayında qəbul edilmiş qanun bu gün qüvvəyə minib. İlk dəfə qanunun pozunutusuna yol verənlər 15-35 dollar, pozuntunu təkrarlayanlar isə 99 dollara qədər cərimə olunacaq. Qanunda təcili zənglərə icazə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, başqa ölkələrdə də "ağıllı telefon zombiləri adlanan problemi həll etmək üçün istifadəçilərə hərəkət edən maşınlarla bağlı xəbər verən tətbiqlər yaradılmış, işıqforla bərabər rəng dəyişdirən zolaqlar hazırlanmışdı.