Bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib.

Unikal.org xarici mətbuata istinadən xəbər erir ki, M. Bərzaninin istefa barədə məktubu bu gün İraq Kürd Bölgə Muxtariyyətinin parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb. Bununla da 2015-ci ildən İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri postunu tutan və iki dəfə səlahiyyət müddəti uzadılan M. Bərzaninin istefası rəsmiləşib.