Azərbaycanda daha bir idman klubu maaşla bağlı problem yaşayıb. Unikal.org-un əldə etdiyi məlumata görə, Gilan İdman Klubu bir ilə yaxındır ki, idmançılara məvacib ödəmir. Hətta pulsuzluqdan bezən bəzi idmançılar klubdan uzaqlaşmağı üstün tutub.
Qalanlara isə bildirilib ki, yaxın zamanda klubun dağılma ehtimalı var, özlərinə yeni klub tapmaqda azaddırlar. Bu barədə Gilan İdman Klubunun üzvü olan idmançılar saytımıza məlumat verib.
Həmçinin rəhbərlikdən idmançılara deyilib ki, imkanları olmadığı üçün onlara məvacib ödəyə bilmirlər.
Aygün İlqarqızı