İlkin olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 mln. sərnişin və 4 mln. ton yük daşınması nəzərdə tutulub.
Unikal.org xəbər verir ki, bunu BTQ-nin Bakıda keçirilən rəsmi açılış mərasimində çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.
G.Kvirikaşvilinin sözlərinə görə, bu rəqəm gələcəkdə bir neçə dəfə artırılacaq: "Növbəti illərdə isə sərnişinlərin sayı 6 mln. nəfərə, yüklərin həcmi isə 20 mln. ton olacaq.
Tədbirdə çıxış edən Qazaxıstanın baş naziri Bakitjan Sagintayev isə deyib ki, BTQ Asiyadan Avropaya daşımaların mwdd'tini daha da qısaldacaq: "BTQ-nin ərsəyə gəlməsi üçün 10 mlrd. dollardan çox investisiya yatırılıb. Bu layihə Asiya ilə Avropa arasında daşımaçılıq üçün məsafələri daha da qısaldacaq.