Ermənistanın Armavir şəhərində uşaq bağçasına silahlı hücum olub.

Unikal.org-un "Shamshyan.com saytına istinadən verdiyi məlumata görə, hadisənin bağçanın direktorunun keçmiş kürəkəni tərəfindən törədildiyi ehtimal edilib.

İlkin məlumata əsasən həmin şəxs uzun müddət keçmiş həyat yoldaşı ilə görüşməyə çalışıb. Buna nail olmadığını görüb soyuq silahla bağçaya hücum edib. O, bağçanın işçilərini və bir uşağı girov götürüb və keçmiş həyat yoldaşı ilə görüş tələb edib.