Tacikistan parlamentinin "Tütün məhsullarının istifadəsinə məhdudiyyət" haqqında qanunu qəbul etməsi ilə ölkədə qəlyana qadağa qoyulub.
Unikal.org-un məlumatına görə, sənəd qapalı yerlərdə siqaret və qəlyan çəkilməsini qadağan edir.
Eyni zamanda qanuna əsasən tütün məhsullarının satışı zamanı qutularının üzərində onların ziyanı barədə məlumat yerləşdirilməlidir.