CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 61,47 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,16 dollar/barel çoxdur.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 60,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 30-da 58,27 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 30-da 60,41 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.