S/S | Kod | Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları |
1. | 2601200000 | Yandırılmış pirit |
2. | 2606000000 | Alüminium filizləri və konsentratları |
3. | 2818200000 | Alüminium oksidi, süni korunddan fərqli |
4. | 7203100000 | Dəmir filizinin birbaşa reduksiya məhsulları |
5. | 7203900000 | Dəmir filizinin birbaşa reduksiya məhsulları - digərləri |
6. | 7204491000 | Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) - xırdalanmış (doğranmış) |
7. | 7204499000 | Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) - digərləri |
8. | 8545110080 | Sobalarda istifadə olunan elektrodlar - digərləri |
9. | 8545190001 | Elektroliz qurğuları üçün elektrodlar |
Bu məhsullar vergidən azad edildi - Prezident Nazirlər Kabinetinə 3 ay VAXT VERDİ
19:25 02-11-2017
İQTİSADİYYAT
Azərbaycan prezidentiİlham Əliyev"İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısının təsdiq edilməsi haqqında fərman imzalayıb.
Unikal.org-un məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək, habelə Dövlət Gömrük Komitəsi bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Digər Xəbərlər
2024-11-28 15:45:38
2024-11-28 13:52:38
2024-11-28 12:54:40
2024-11-28 11:57:33
2024-11-28 11:49:43
2024-11-28 10:58:44
2024-11-28 10:19:48
2024-11-28 09:10:34
2024-11-27 13:26:40
2024-11-27 13:25:31
2024-11-27 12:57:54
2024-11-27 12:53:29
2024-11-27 12:39:39
2024-11-27 12:38:08
2024-11-27 12:26:45
2024-11-27 12:11:51
2024-11-27 12:06:18