Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. "VAZ markalı avtomobilin aşması nəticəsində 2 nəfər - sürücü və sərnişin dünyasını dəyişib. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.