Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunda edilmiş dəyişikliyi təsdiqləyib.
Unikal.org xəbər verir ki, 1-ci maddədə "2 (iki) il müddətinə sözləri "2021-ci il yanvarın 1-dək sözləri ilə əvəz edilib.
Bundan başqa, 2.1-ci maddənin birinci cümləsinə "yoxlamaları, sözündən sonra "müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə sözləri əlavə edilib.