İşğal altında olan Qarabağda yerləşən düşmən hərbi hissələrindən birində partlayış olub.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, tank əleyhinə qumbaranın partlaması nəticəsində 1997-ci il təvəllüdlü əsgər Hrant Xaçatur Manqasaryan ölüb.

Hadisə nəticəsində iki əsgər isə ağır yaralanıb.

Məlumata görə, partlayış saat 12:10 radələrində Qarabağın şimal-şərq istiqamətində baş verib.