Bakıda avtomobil velosipedçini vurub.

Hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Unikal.org APA-ya istinadən xəbər verir ki, velosipedçi 54 yaşlı Nurməmmədov Mehman Ağakişi oğlu "Hyundai markalı avtomobil tərəfindən vurulub. Avtomobilin sürücüsü xəsarət alan şəxsi dərhal 3 saylı şəhər xəstəxanasına çatdırıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.