Millimizin qapıçısı, "Mlada Boleslavın üzvü Kamran Ağayevin Çexiya çempionatının 13-cü turunda "Ostrava ilə matçda meydandan qovulması komandada narazılıqla qarşılanıb.

Qeyd edək ki, K.Ağayev oyuna start heyətdə daxil olub. Ancaq o, görüşü sonadək davam etdirə bilməyib. Əvvəlcə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Kamran bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.

Unikal.org-un Qol.az-a istinadən yaydığı xəbərə görə, "Mlada Boleslavın baş məşqçisi Duşan Uqrin deyib: "Bu, çox kobud səhv idi. Biz bunu komanda daxilində müzakirə edəcəyik. Kamran Ağayev düz hərəkət etmədi.

Kapitan Lukaş Maqer də futbolçumuzun hərəkətində narazılıq edib: "İlk vərəqəni o, hakimi söydüyünə görə aldı. Mən bilmirəm o hakimə nə dedi. Axı, Kamran ingilis dilində bilmir. Yəqin o hakimə Azərbaycan dilində söyüb. Hətta bundan sonra da Kamran emosiyalarını cilovlaya bilmədi və iki dəqiqə sonra növbəti səhvi etdiyindən meydandan çıxarıldı.

Əlavə edək ki, K.Ağayev meydandan çıxarkən də vaxtı uzadıb. Bu dəfə isə meydan sahibi komandanın oyunçuları ona etiraz edərək vaxtı uzatmamağı istəyiblər.