Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Noyabrın 6-da Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Digər Xəbərlər
2025-09-06 20:04:19

2025-09-06 19:27:27

2025-09-06 15:25:56
2025-09-06 14:22:46

2025-09-06 13:42:24

2025-09-06 12:46:12

2025-09-06 12:34:12

2025-09-06 12:22:41

2025-09-06 12:09:31

2025-09-06 11:54:06

2025-09-06 11:46:14

2025-09-06 09:28:59

2025-09-06 09:13:32

2025-09-05 21:49:14

2025-09-05 21:11:53

2025-09-05 20:47:04

2025-09-05 20:10:00

2025-09-05 19:38:47
