Almaniya Bundesliqasının 11-ci turu çərçivəsidə beş tutmuş "Borussiya (Münhenqladbax) - "Maynts oyununda (1:1) qonaq komandanın qapıçısı Robin Zentnerin gülməli səhvə yol verib.

Unikal.org xəbər verir ki, 23 yaşlı qolkiper oyundan sonra yerli mətbuata həmin epizod barədə danışarkən onu penalti nöqtəsinin çaşdırdığını deyib:

"Topu oyuna daxil etmək istəyirdim. Ancaq bir də baxdım ki, top yoxdu. Halbuki topu önümdə zənn edirdim. Məni çaşdıran penalti nöqtəsi oldu. O da eynən top kimi ağ rəngdədi.

Bunun "youtubeda çox sayda izlənməsindən qorxuram. Amma mən də bu epizoda çox güldüm.