Ağcabədidə baş verən yol qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  rayonun Boyad kəndində baş verən qəzada yaralanan sürücü, 38 yaşlı Şamil Mirzəyev xəstəxanada vəfat edib. Digər sürücü, 20 yaşlı Rahib Məmmədov isə komaya düşüb.

Qeyd edək ki, Rahib Məmmədovun idarə etdiyi "VAZ-21011 markalı avtomobil Ş. Mirzəyevin idarə etdiyi "VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində sərnişin Ş. Məmmmədov hadisə yerində həyatını itirib. Hər iki sürücü isə yaralı vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


20:13

Ağcabədi rayonunda iki "VAZ markalı avtomobil toqquşub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndində baş verib.

Hadisə nəticəsində Boyat kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Şamil Ramiz oğlu və 1997-ci il təvvəllüdlü Ağdam rayonu, Mahrızlı kənd sakini Məmmədov Rahib Sahib oğlu xəsarət alıb.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağırdır. Qəza nəticəsində həyatını itirən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.