Beyləqan rayonunda körpə eyvandan yerə yıxılaraq ağır xəsarət alıb.
Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Dünyamalılar kəndində 2015-ci il təvəllüdlü Zülfüqarov Adəm Elməddin oğlu yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb.
Körpə ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.