Erməni Facebook istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, fotoda general-leytenant Yaşar Aydəmirov şəhid anasının əlini öpməsini əksini tapıb.
Erməni Feysbuk istifadəçisi Haykaz Gevorgyan fotonun "Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil" başlığı ilə paylaşıb.
Qeyd edək ki, Yaşar Aydəmirovun sözügedən fotosu xüsusi tapşırıqla Ermənistana göndərilən kəşfiyyat qrupu ilə bağlı bu il noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Şəhid kəşfiyyatçının anasına medal təqdim edən general-leytenant ehtiram əlaməti olaraq onun əlindən öpür və qarşısında baş əyir.