Tovuz rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Yusifova Röyalə Rövşən qızı evlərinin hamamında dəm qazından zəhərlənib.

Ailə üzvlərinin köməyi ilə o, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.