Cəlilabad rayonunda 23 yaşlı gənc bıçaqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Üçtəpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Ülvi Nadir oğlu Əhmədov bıçaq yarası ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatırılsa da, onun vəziyyəti ağır olduğundan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.
Yaxınlarının dediyinə görə, Ü.Əhmədov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.