"Brent" markalı neftin bir barelinin qiyməti 63 dolları ötüb.
Unikal.org xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.
Belə ki, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin dəyəri artaraq bir barelə görə 63,03 dollara çatıb.
Qeyd edək ki, sonuncu dəfə neftin bu növününqiyməti 2015-ci iliyunun 30-dabir barelə görə 62 dollar olub.