Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi "Mercedes markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi "VAZ-2107 markalı maşınla toqquşub.

Nəticəndə "VAZ-2107də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.