Erməni silahlı bölmələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti təlimlər keçirir.

Unikal.org apa-ya istinadən xəbər verir ki, təlimlər Uzundərə adlanan ərazidə aparılır.

Təlimdə ağır artilleriya qurğularından və texnikadan istifadə edilir. Atəş səsləri təmas xəttinə yaxın yaşayış məntəqələrində aydın eşidilir.